Будь умным!


У вас вопросы?
У нас ответы:) SamZan.net

Qd~n m~nsib~tl~rinin ~~R~ H~KML~R~ Seyyid M~h~mm~d M~sud M~sumi ’ ’~-.html

Работа добавлена на сайт samzan.net: 2016-01-17

Поможем написать учебную работу

Если у вас возникли сложности с курсовой, контрольной, дипломной, рефератом, отчетом по практике, научно-исследовательской и любой другой работой - мы готовы помочь.

Предоплата всего

от 25%

Подписываем

договор

Выберите тип работы:

Скидка 25% при заказе до 11.5.2024

Məsələ 334: Qadınlar üçün toy məclislərində əl çalmağın işkalı yoxdur.

İmam, Təbrizi, Məkarim: İstifta.

İmam: İstifta, "Əhkami banovan" kitabı, Sual: 24, səh.28.

Təbrizi: "Siratun-nəcat", Sual: 1020.

Bəhcət: Şənlik mərasimlərində və çıxışlarda, ayrı-ayrı şəxsləri təklif etmək məqsədilə və ləhv həddinə çatmamaq şərtilə, eybi yoxdur. "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 30.

Xamenei və Sistani: Adi qaydada olan əl çalmağın öz-özlüyündə, hətta əgər naməhrəm onun səsini eşitsə də, eybi yoxdur

Xamenei: "Əcvibətül-İstiftaat", Sual: 100.

Sistani: İstifta.

Fazil: Bayram şənliklərində və toyda əl çalmağın – öz-özlüyündə əgər haram işlə yanaşı olmazsa – işkalı yoxdur, bu şərtlə ki, məsciddə, yaxud Hüseyniyyədə olmasın. "Camiul-məsail", 1-ci cild, Sual: 1734.

Məsələ (Sual) 335: Toy məclislərində uşaqların oynamalarının və qadınların əl çalmalarının hökmü nədir?

Cavab: Uşaqların təklifi yoxdur və qadınların toy məclisində əl çalmasının işkalı yoxdur.

İmam və Məkarim: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, 1734-cü sualdan istifadə etməklə.

Bəhcət: Uşaqların təklifi yoxdur, əgər bu iş fitnə və fəsada səbəb olarsa, işkalsız deyildir. İstifta.

Xamenei və Sistani: Adi və normal halda əl çalmağın öz-özlüyündə işkalı yoxdur, hətta əgər naməhrəm onların səsini eşitsə belə.

Fazil: Bayram şənliklərində və toy mərasimlərində əl çalmaq haram bir işlə yanaşı olmazsa, işkalı yoxdur, bu şərtlə ki, məsciddə və ya Hüseyniyyədə olmasın.

Məsələ 336: Ləhv və ləib olan toy məclislərində qalmaq caiz deyildir.

İmam, Xamenei, Məkarim: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 990.

Bəhcət: Əgər ləhvin tərk olunması məclisin tərk olunmasındadırsa, orada qalmaq caiz deyildir.

Təbrizi: Əgər haram işə səbəb olmazsa, işkalı yoxdur. "Siratun-nəcat", 1020-ci sual.

Xamenei və Sistani: Əvvəlki sualın cavabından bu məsələ də aydın olur. İstifta.

* NƏTİCƏDƏ: Əgər bir qadın toy məclisində başqa qadınların oynadığını görsə, yaxud kişilərin naməhrəmlərlə qarışdığını görsə, yaxud naməhrəmin qarşısında mütrib musiqinin çalındığını görsə, əvvəlcə onları nəhy əz münkər etməli və təsir qoyacağına ümidvar olmadığı halda məclisi tərk etməlidir.

Məsələ (Sual) 337: Saz, təbil, rəqs, xanəndəlik olan toy məclislərində – bir-birilə qohumluq və beləliklə də bu işə məcbur olmaq bəhanəsilə iştirak etmək caizdirmi?

Cavab: Ləhv və ləib məclisində olmaq və iştirak etmək haramdır və qohumluq əlaqələri buna əsas ola bilməz.

İmam, Xamenei və Məkarim: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, 990-cı sualdan istifadə etməklə.

Bəhcət: Əgər ləhvin tərk olunması məclisin tərk olunmasına bağlıdırsa, orada qalmaq caiz deyildir. İstifta.

Məsələ (Sual) 338: Toy məclisində nağara (dəf) çalmağın hökmü nədir?

Cavab: İşkallıdır.

İmam: "Əhkami banovan" kitabının istiftası, Sual: 41, səh.32.

Xamenei və Fazil: Əgər mütrib şəkildə vurulsa, caiz deyil. İstifta.

Məkarim: Ləhv və fəsad məclisləri ilə münasib olan bütün ahənglər və səslər haram, ondan başqaları halaldır. Onun ayırd edilməsi də ürf əhlinə həvalə edilir.

İstifta.

Məsələ 339: Qadınların məclisində mütrib musiqili lent yazılarından istifadə etmək caiz deyildir və bundan çəkinmək lazımdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta

Məsələ 340. Kürəkən olmaq istisnalardan deyildir və nəticədə naməhrəm qadınlar kürəkənin qarşısında olduqları zaman kamil hicaba riayət etməlidirlər.

İmam, Fazil və Məkarim, "Ürvə", "sətr və satir", birinci məsələdən əvvəl və beşinci məsələ.

İmam "Əhkami banovan" kitabından istifadə etməklə, səh.11.

Bəhcət "Tovzihul-Məsail", 1937-ci məsələdən istifadə etməklə.

Təbrizi: "Siratun-Nəcat", 1485-1486 və 882-883-cü suallardan istifadə etməklə.

Xamenei: İstifta.

Sistani: "Tovzihul-məsail",. 2444-cü məsələdən istifadə etməklə. "Minhacus-Salehin", "Nikah", məsələ: 18.

* NƏTİCƏDƏ: Əgər kürəkən qadınların yığıncağına daxil olsa üzünü və əllərini zinətləndirən qadınlar bütün bədənlərini, o cümlədən üzlərini və əllərini ondan örtməlidirlər. Hətta kürəkən bir neçə anlığa, misal üçün gəlinə üzük taxmaq, yaxud şəkil çəkdirmək və s. üçün qadınların yığıncağına daxil olmuş olsa belə. Hər bir halda üstün nəzər qadınlar məclisinə hər növ naməhrəmin daxil olmasını tərk etməkdir.

Məsələ 341: Naməhrəmə özünü göstərmək üçün qadınların zinətlənməsi, bəzənməsi caiz deyildir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim, Sistani İstifta.

Sual 342: Qadınların özlərini naməhrəmə göstərəcəyini bildiyi halda onları bəzəyən parikmaxir şəxslərin hökmü nədir.

Cavab: Əgər onu naməhrəmə göstərmək məqsədi ilə günaha kömək etmək və haramdır lakin əgər qəsdi olmadan sadəcə bilirsə eybi yoxdur.

İmam, Sistani, Fazil, Məkarim İstifta.

Xamenei və Bəhcət: Əgər naməhrəmə göstərilmək üçün onu bəzəyirsə yəqin şəkildə haramdır, lakin əgər elmi varsa qəsd olmadan ehtiyat onun tərk edilməsidir.

İstifta.

Məsələ 343: Naməhrəm kişi gəlin və bəyin, yaxud başqa qadınları videoya, yaxud şəkilini çəkməməlidir hətta əgər onun yaxın qohumlarından olsa da belə (əlbəttə, əgər qadınlar kamil hicaba riayət etməmişlərsə).

İmam, Fazil, Məkarim "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq və 5-ci məsələdən istifadə etməklə.

İmam, Xamenei İstifta.

Bəhcət "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.

Təbrizi, "Siratun-Nəcat", 1488-86, 882-83 cü suallarda istifadə etməklə.

Sistani "Tovzihul-Məsail", 2444-cü məsələdən istifadə etməklə; "Minhacus-salihin", "Nikah", məsələ: 18.

Məsələ 344: Qadın kifayət qədər örpəyə malik olmadığı halda kürəkənin, yaxud naməhrəm şəxslərin olduğu bir yerdə video və ya şəkil çəkmək çaiz deyildir.

İmam, Məkarim İstifta .

Fazil: Əgər naməhrəmin gözü ona düşəcəksə caiz deyildir. İstifta.

Məsələ 345: Əgər bir qadın kamil hicabsız şəkildə şəkil çəkdirdiyi halda onun şəkli qohum-əqrəbasının arasında paylanacağını və naməhrəmin onu görəcəyini də bilirsə, hicabsız şəkil çəkdirməsi caiz deyildir.

İmam, Bəhcət İstifta.

Fazil: Onun yayılmasına icazə verməsinlər əgər bunun ardınca günah və fəsad gələrsə caiz deyildir. İstifta.

Məkarim: O öz şəkilini başqalarının ixtiyarında qoymazsa haram bir işə mürtəkib olmamışdır. İstifta.

* Nəticədə: Misal üçün, gəlin kamil hicaba riayət etmədiyi halda şəkil çəkdirdikdə onun şəkilinin naməhrəm qohumlarının əlinə düşəcəyini bilirsə gərək şəkil çəkdirməsin. Hətta şəkil çəkən şəxs qadın və gəlinə məhrəm olan kişi olarsa belə.

Məsələ (Sual) 346: Toy məclislərində adətən şəkil, yaxud video qadınların vasitəsi ilə çəkilir lakin şəkilin çıxarılmasında, yaxud başqa işlərdə mümkündür ki, naməhrəm də onu görsün. Gəlinin bəzənməsinə və lazımi qədər hicabı olmadığına diqqət yetirməklə bu filmlərin və şəkillərin hökmü nədir?

Cavab: Əgər naməhrəm qadınları tanıyırsa onları görmək onun üçün caiz deyildir və bundan qeyri hallarda əgər ləzzət və reybə qəsdi olmazsa işkalı yoxdur.

İmam İstifta "Əhkami banovan" kitabında 44-45-ci suallardan istifadə etməklə s. 33.

Təbrizi, "Siratun-Nəcat", 876-cı sualdan istifadə etməklə.

Bəhcət və Xamenei İstifta.

Fazil, "Cameul-Məsail", 1-ci cild, 1728 və 1732-ci suallardan istifadə etməklə.

Sistani və Məkarim: Əgər qadınlar mübtəzəl qadınlardan olmazsa: bəd hicab, yaxud hicabsız qadınlardır ki, onlara hicab örtməyi əmr etdikdə etina etmirlər istər müsəlman olsunlar istərsə də yox; və kişi də onu tanıyırsa ehtiyat-vacibə görə o şəkilə, yaxud videoya baxmamalıdır .Bundan qeyri hallarda ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur. "Minhacus-Salehin" məsələ 27.

* NƏTİCƏDƏ: Əgər naməhrəm şəxs qadınları tanımazsa, yaxud qadınlar mübtəzəl qadınlardan olsa onların şəkillərinə və videolarına ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur.

Məkarim: Əgər qadın şəri hicabı qorumağa özünü iltizamlı bilirsə naməhrəmin onun şəkilinə, yaxud videosuna baxmasının işkalı vardır. Amma əgər onu tanımazsa və baxmağın ardınca da heç bir fəsad gəlməzsə bu hal istisna olunur.

"Tovzihul-məsail", 2087-ci məsələdən istifadə etməklə. 

* NƏTİCƏDƏ: Ya naməhrəm kişi qadını tanıyır ya da tanımır. Əgər onu tanımırsa onun şəkilinə və videosuna ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur və əgər onu tanıyırsa bu halda əgər qadın islam hicabını qorumağa iltizamlıdırsa onun şəkilinə, yaxud videosuna baxmaq kifayət qədər hicabı olmadığı halda caiz deyildir. Əgər hicabı qorumağa iltizamli deyilsə bu halda kişi onu tanısada lakin onun şəkilə və videoya baxması ləzzət və reybə qəsdi ilə olmazsa işkalı yoxdur.

Müxtəlif məsələlər

Məsələ (Sual) 347: Qadının özünü ərindən başqası üçün bəzi qadın məclislərində bəzəməsi o cümlədən toy məclislərində, yaxud qadın qonaqlıqlarında bəzəməsinin hökmü nədir? Əgər həyat yoldaşı bundan razı olmazsa hökmü nədir.

Cavab: Əgər naməhrəm onu görməzsə işkalı yoxdur lakin səy olunmalıdır ki, ərinin razılığını qazansın.

İmam izdivacın əhkamı kitabının İstiftası s. 188

Bəhcət, Təbrizi Sistani, Fazil İstifta.

Xamenei: Naməhrəm onu görməzsə, işkalı yoxdur. İstifta.

Məkarim: Məsələnin fərz olunduğu halda ərin razılığını qazanmaq vacib deyildir.

Məsələ (Sual) 348: Əgər xüsusi bir qonaqlıqda iştirak etmək üçün qadın xüsusi bir paltar geymək istəsə lakin həyat yoldaşı buna razı olmazsa, o paltarın geyilməməsi də o qadının hörmətinin aradan getməsinə səbəb olmazsa, eləcə də qadının o paltarlardan istifadə etdiyi surətdə ailəsinin narahatlığına və ixtilafın yaranmasına səbəb olarsa şəriət baxımından bu paltarın geyilməsinin hökmü nədir, caizdirmi?

Cavab: Əgər bir paltarın geyilməsi ixtilafa və fəsada səbəb olarsa ondan çəkinmək lazımdır və ərin həyat yoldaşının tay-tuşları arasında geyilməsi adət olan paltarın geyilməsinin qarşısını almasın.

İmam: "Əhkami izdivac" kitabının istiftası, səh. 189,

Fazil: İstifta

Bəhcət: Əgər əri həyat yoldaşının ümumiyyətlə getməsi ilə razı olsa o paltarı geyməyin işkalı yoxdur.

İstifta.

Sistani: Kişi qadının evdən çıxmasını xüsusi paltar geymək çadra salmaq və s. kimi şeylərlə şərtləndirə bilər. İstifta

Məsələ 349: Müsəlmanın evi möhtərəm və toxunulmazdır, sahibinin izni və icazəsi olmadan ora girmək caiz deyildir. Hətta başqasının evinə baş çəkmək də ya baş uzatmaq da damın üzərindən, divarın deşiyindən, bacadan və s. kimi baxmaq caiz deyildir.

İmam, Bəhcət Fazil, Məkarim: İstifta.

Məsələ 350: Əgər bir kəs başqasının evinə boylanıb baxsa, orada onun üçün haram olan şeylərə baxmaq məqsədi ilə baş çəkib boylansa, (misal üçün: camaatın qızına və arvadına baxmaq üçün) ev əhli üçün caizdir, hətta vacibdir ki, onu bu işdən çəkindirsinlər. Əgər bu işdən əl çəkməzsə döyməklə və s. kimi şeylərlə onun qarşısını ala bilərlər.

İmam Təhrir fid-difai ənin-nəfs, məsələ 30.

Fazil İstifta.

Bəhcət: Əhvət nəzər nəhy əz münkərdə tərtibə riayət etməkdir və israr etdiyi surətdə xırda daşlarla və çubuqla bu işdən çəkindirmək olar və bu işdə zamin deyildir. Cameul Məsail, 5-ci cild, s. 268 və İstifta..

Məkarim: Sonuncu fərzdə ev əhli məhkəmə yolu ilə tədbir görməlidir. İstifta. 

Diqqətli olmaq

Diqqət yetirmək lazımdır ki, başqalarının evinin içinə baxmaq, naməhrəmlərə nəzər yetirmək məqsədi ilə caiz deyildir, istər bu baxış damın üstündən olsun istər hasarın üstündən, yaxud başqasının evinə açılan pəncərədən olsun, yaxud da qapı və pəncərənin arasından. Buna əsasən gərək Allah eləməmiş bu çirkin əmələ mürtəkib olan şəxsləri bu işdən çəkindirmək lazımdır. Əgər öz işlərini yenidən davam etdirsələr vurmaqla və sair şeylərlə onun qarşısını ala bilərlər.

Məsələ 351: Əgər baxan şəxs camaatın evindən, ev əhlinə nəzər salmağı mümkün olmadığı bir məsafədən nəzər salsa lakin uzaqdan yeni avadanlıqlar vasitəsi ilə (durbin ilə) baxsa yaxından baxan şəxsin hökmündədir və buna əsasən əvvəlki məsələdə deyildiyi tərtiblə onu dəf etmək lazımdır.

İmam: Təhrirul-vəsilə, fid-difai ənin-nəfs, məsələ: 38.

Bəhcət: ... Əhvət – nəhy əz münkərdə ardıcıllığa riayət etməkdir. İsrar etdiyi təqdirdə xırda daşlarla, çubuqla və s. onun qarşısını almaq olar və (nəhy əz münkər edən şəxs ona dəyən xəsarətlərə) zamin deyildir.

Məkarim: Nəhy əz münkər, yaxud da məhkəmə ilə bu işdən çəkindirmmək lazımdır. İstifta.

Məsələ (Sual) 352: İstifadə etmək üçün deyil sadəcə evdə saxlamaq üçün olduqda pasor (vərəq-kart oynamaq) icazə verilməyən film və video, spirtli içkilərin olduğu şüşə qablar (həmçinin nərd taxtası, biabırçı şəkillər, musiqi alətləri) şəxsin öz evində saxlanması haram iş sayılır və buna mürtəkib olan şəxs dünyada cəzalandrılmalıdırmı?

Cavab: Qumar alətlərinin və nəzərə çarpacaq mənfəətin haram işlərə məxsus olan hər bir şeyin aradan aparılması vacibdir və onu etmədikdə kəbirə günaha mürtəkib olur.

İmam Təhrir, "Məkasibi Mühərrəmə", 8-ci sualdan və istiftadan istifadə etməklə. "Məkasibi-Mühərrəmə", sual 41.

Bəhcət. İstifta

Fazil, "Cameul-Məsail", 1-ci cild, 1000-ci sualdan istifadə etməklə.

Sistani: Əlbəttə, əgər onlardan istifadə olunması qorxusu varsa onu aradan aparılması vacibdir. İstifta

Məkarim: Bu kimi əşyaların saxlanması şərən caiz deyildir. İstifta.

Məsələ 353: Ata-analar üçün, heç bir dəlil olmadan və sadəcə olaraq əsəbiləşdiyinə, hövsələsiz olduğuna görə övladı vurması caizdirmi, yoxsa (vurduqları təqdirdə) onların boynuna həqqün-nas gəlir?

Cavab: Bu iş caiz deyildir, lakin övladı ədəbləndirmək üçün bədənin qızarması, göyərməsi və ya qaralmasına səbəb olamaycaq qədər adi tərzdə vurmaq caizdir.

İmam: "Əhkami izdivac" kitabının istiftası, səh.180

Təbrizi: "Siratun-nəcat", sual 1279

Sistani: Əgər uşaq həddi-büluğa çatmayıbsa və onun ədəbləndirilməsi vurmağa bağlıdırsa, yüngülvari şəkildə vurmaq olar və ehtiyat-vacibə görə gərək üç zərbədən artıq olmasın, bədənin qızarmasına, göyərməsinə və qaralmasına səbəb olmasın. Amma əgər uşaq həddi-büluğa çatıbsa, ehtiyat-vacibə görə onu vurmaq caiz deyildir. İstifta.

Fazil: Ədəbləndirmə vurmaqdan başqa bir yolla mümkün olmazsa, eybi yoxdur, lakin çalışmaq lazımdır ki, diyəyə səbəb olmasın. "Camiul-məsail", 1-ci cild, 1957-ci sual.

Məkarim: Zərurət halları istisna olunmaqla, ədəbləndirmə ünvanı ilə fiziki güc tətbiq edilməsi mümkün olan qədər, xüsusilə bizim dövrümüzdə tərk olunmalıdır. İstifta.

Məsələ 354: Əgər uşağın xalası, dayısı, əmisi, bacısı, yaxud qardaşı onu vurarsa, məsələnin hökmü nədir?

Cavab: Caiz deyildir; yalnız uşağın vəlisinin (şəri qəyyumunun) icazəsi ilə və bundan əvvəlki məsələdə qeyd edilən şərtlərlə caizdir.

İmam: Əvvəlki məsələnin mənbəsindən və istiftadan istifadə etməklə.

Fazil: İstifta.

Təbrizi: Əgər uşağın vəlisinin tərəfindən icazəli olsa və uşaq da mühüm bir pis iş görmüş olarsa, əvvəlki sualda qeyd edilən şərtlər əsasında 5-6 zərbə vurmağın işkalı yoxdur. "Siratun-nəcat", 1280-cı sual.

Məkarim: Bunun cavabı əvvəlki sualın cavabından aydın olur. İstifta.

Məsələ (Sual) 355: Həddi-büluğa çatan və aqilə (öz məsləhətini ayırd edə bilən) bir qız dindar və müsəlman bir oğlanla ailə qurmaq istəyir. Lakin onun atası maddi məsələlərə görə bu evlənməyə icazə vermir. Bu halda qız atasının icazəsi olmadan həmin oğlanla ailə qura bilərmi?

Cavab: Bakirə qızın ərə getməsində atanın icazəsi şərtdir, amma əgər ata öz qızının, onunla münasib olan oğlanla ailə qurmasına maneçilik törətsə, qızın da ərə getməyə ehtiyacı olsa və bu evlənmə fikrindən dönəcəyi təqdirdə onun üçün yaxşı bir ər tapılmayacağından qorxsa, (bu halda atasının icazəsi olmadan ərə gedə bilər).

İmam, "Əhkami banovan" kitabının istiftası, sual 20, səh.27

Bəhcət: Həddi-büluğa çatıb rəşidə olan, yəni öz məsləhətini ayırd edə bilən qız ərə getmək istəsə, əgər bakirədirsə, ehtiyata görə öz atasından, yaxud ata tərəfdən olan babasından icazə almalıdır – baxmayaraq ki, əzhər nəzər bu şəraitdə olan qızın müstəqil olmasıdır. Əgər atası, yaxud ata tərəfdən olan babası qaib olarsa və ərə getməməkdə zərər, yaxud hərəc, yəni şiddətli məşəqqət və çətinlik olarsa, qızın özü ərə gedə bilər. Həmçinin əgər atası və ya ata tərəfindən olan babası qızın, onunla münasib olan oğlanla ailə qurmasına – bütün şəraitlərin və müqəddimə işlərinin mövcudluğu ilə və qızla oğlanın bu evlənməyə meyli olduğu halda maneçilik törətsələr, qız ərə gedə bilər.

"Tovzihul-məsail", məsələ 1891

Xamenei: Ehtiyat vacibə görə bakirə qızın ərə getməsində atanın icazəsi şərtdir. Amma əgər ata öz qızının, ona münasib olan şəxsə ərə getməsinə maneçilik törətsə, qızın da ərə getməyə ehtiyacı olsa və həmin şəxslə ailə qurmadığı təqdirdə onun üçün yaxşı ər tapılmayacağından qorxsa (bu hala atasının icazəsi olmadan ərə gedə bilər).

Sistani: Əgər qız bakirə olsa, amma atası və ya ata tərəfindən olan babası, şərən və camaatın nəzərində onunla münasib olan oğlana ərə getməsinə icazə verməsə, yaxud qızın ailə qurması işində qızın azacıq belə iştirak etməsinə razı olmasalar, yaxud da dəlilik və ya bu kimi səbəblər üzündən icazə verməyə slahiyyətləri olmazsa, bu kimi hallarda onların icazəsi lazım (vacib) deyildir. Həmçinin, onlardan icazə alınması qaib olmaları və s. kimi səbəblər üzündən mümkün olmazsa, qızın da ərə getməyə çox ehtiyacı olsa, atasının və ya ata tərəfindən olan babasının icazəsi lazım deyildir.

"Tovzihul-məsail", 2386-cı məsələ, "Minhacus-salihin", nikah bölməsi, 69-cu məsələ.

Məkarim: Həddi-büluğa çatıb rəşidə olan, yəni öz məsləhətini ayırd edə bilən qız bakirə olarsa, ehtiyat budur ki, atasının, yaxud ata tərəfdən olan babasının icazəsi ilə ərə getsin. Amma əgər qız üçün münasib bir həyat yoldaşı tapılsa və atası da ona ərə getməsi ilə müxalifət etsə, bu halda onun icazəsi şərt deyildir. Həmçinin əgər atası və ya ata tərəfdən olan babasına əli yetişməzsə (onlarla əlaqə yarada bilməsə), qızın da ərə getməyə ehtiyacı olsa, (onların icazəsi şərt deyildir.)

Fazil:

Sual: Atam bizi boşlamış və bizə etina etmir. Bəzən uzun müddət vaxt keçir, amma bir-birimizdən xəbərimiz olmur. Ərə getməkdə ondan icazə almalıyammı, yoxsa icazə lazım deyil?

Cavab: Ümumiyyətlə, əgər qızın vəlisi onu boşlayıb azad qoymuşsa və onun işləri ilə maraqlanmırsa, onun izn və icazəsi lazım deyildir. Qız həddi-büluğa çatıb rəşidədirsə, yəni ərə getmək işində öz məsləhətini ayırd edə bilirsə, ərə gedə bilər.

"Camiul-məsail", 2037-ci məsələ.


MÜNDəriCat

 

[1]
BİRİNCİ FƏSİL

[2] BAXMAĞIN HÖKMLƏRİ

[3] KİŞİNİN BAXMAĞI

[3.1] Kişinin kişiyə baxmasının hökmləri:

[3.2] KİŞİNİN MƏHRƏM QADINLARA BAXMASI

[3.3] KİŞİNİN NAMƏHRƏM QADINLARA BAXMASI

[3.4] ÜMUMİ BİR QANUN

[3.5] b) QEYRİ-MÜSƏLMAN QADINLAR

[4]
KİŞİNİN UŞAQLARA BAXMASI

[4.1] QADININ BAXMASI

[4.2] QADININ BAŞQA QADINLARA BAXMASI

[4.3] QADININ MƏHRƏM KİŞİLƏRƏ BAXMASI

[4.4] QADININ NAMƏHRƏMƏ KİŞİLƏRƏ BAXIŞI

[4.5] QADININ UŞAQLARA BAXMASI

[4.6] ŞƏKK HALINDA BAXMAĞIN HÖKMÜ

[4.7] FOTO ŞƏKLƏ BAXMAQ

[4.8] KİŞİNİN NAMƏHRƏM QADININ ŞƏKLİNƏ BAXMASI

[4.9] QADININ KİŞİLƏRİN ŞƏKLİNƏ BAXMASI

[4.10]
KİNOYA BAXMAQ

[5]

[6]
Paltar və zinət əşyalarInIn HÖKMLƏRİ

[6.1] Kişi üçün haram olan paltarlar və əşyalar

[7] KİŞİNİN MƏHRƏMLƏR VƏ BAŞQA KİŞİLƏR QARŞISINDAKI GEYİMİ

[8]
KİŞİNİN NAMƏHRƏM QADINDAN ÖRTÜLMƏSİ

[9]
KİŞİLƏRİN UŞAQLARDAN ÖRTÜNMƏSİ

[10]
QADININ ÖRPƏYİNİN HÖKMLƏRİ

[11] Qadının naməhrəmdən örtünməsi

[12]
ÇADRALARIN HÖKMLƏRİ

[13]
ZİNƏTİN HÖKMLƏRİ

[14]
QADININ QADINDAN ÖRTÜLMƏSİ

[15]
QADININ UŞAQLARDAN ÖRTÜLMƏSİ

[16]
qadIn və Kişilər üÇün Geyilməsi Caiz olmayan Paltarlar

[16.1] 1-Şöhrət libası

[16.2] 2-Xüsusi paltar

[16.3] 3-Təhrikedici libas

[16.4] 4-Qəsbi paltar

[16.5] 5-Kafirlərə məxsus olan Paltarlar

[17] CəmiyyətdəKi münasibətlərin höKmləri

[17.1] söhbət etməyin höKmləri

[17.2] a) Kişinin naməhrəm qadınlarla söhbət etməsi

[18] diqqət yetirilməli məsələlər

[19] diqqətli olmaq lazImdIr

[20]
təmaslarIn höKmləri

[20.1]
ÖPMƏYİN HÖKMLƏRİ

[20.2]
ÜMUMİ BİR QANUN

[20.3]
İSTİMNA

[20.4]
MƏCLİSLƏRİN, QONAQLIQLARIN, GEDİŞ-GƏLİŞLƏRİN HÖKMLƏRİ

[20.5]
ÖZÜNÜ GÖSTƏRMƏYİN HÖKMLƏRİ

[21]
ƏQD VƏ TOY MƏRASİMİNİN HÖKMLƏRİ

[21.1]
Təhqiqat aParmağIn höKmləri

[21.2] BİRİNCİ ŞƏRTƏ ƏSASƏN:

[21.3] İKİNCİ ŞƏRTƏ ƏSASƏN:

[21.4] ÜÇÜNCÜ ŞƏRTƏ ƏSASƏN

[21.5] İSTİXARƏNİN HÖKMLƏRİ

[21.6]
NİŞANLI OLMAĞIN HÖKMLƏRİ

[21.7] DAİMİ ƏQDDƏN QABAQ MÜVƏQQƏTİ ƏQD SİĞƏSİ

[21.8]
ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ

[22] DƏVƏT ETMƏYİN HÖKMLƏRİ

[23]
ƏQD VƏ TOY MƏCLİSİNİN MÜQƏDDİMƏ İŞLƏRİNƏ TƏDARÜK GÖRÜLMƏSİNİN HÖKMÜ

[24] ÜMUMİ BİR QANUN

[25] ƏQD VƏ TOY MƏCLİSLƏRİNİN HÖKMLƏRİ

[26] RƏQS

[27]
MUSİQİNİN HÖKMLƏRİ

[28] ÜMUMİ BİR QANUN

[28.1] AVAZ OXUMAQ

[29]
KİŞİLƏRƏ AİD OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ

[29.1] ÜMUMİ MƏSƏLƏLƏR

[30] QADINLARA MƏXSUS OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ

[30.1] Müxtəlif məsələlər

[30.2] Diqqətli olmaq


Bəzi şəri istilahların izahı

1 Müqəddəs İslam şəriətində mövcud olan hökmlər:


1. Vacib: İslami nöqteyi-nəzərdən görülməsi gərəkli olan işdir ki, tərk olunması ilahi əzaba səbəb olur.


2. Haram: İslam baxımından görülməsi qadağan olan işdir  ki, mürtəkib olunması ilahi əzaba səbəb olur.


3. Müstəhəb: Görüldükdə savabı olan, görülmədikdə əzabı olmayan işdir.


4. Məkruh: Görülməsi qadağan olunmayan, lakin görülməməsi şəri baxımdan daha yaxşı olan işdir.


5. Mübah: Şəri baxımdan yaxşı və ya pis olmayan və yuxarıda qeyd olunmuş dörd qism işlərdən başqa bir işdir.


Ehtiyat-vacib: O əməldir ki, ehtiyata müvafiqdir, amma fəqih onunla yanaşı fətva verməyibdir. Belə olan hallarda müqəllid sonrakı rütbədə gələn müctehidin fətvasına əməl edə bilər.


Ehtiyat-müstəhəb:


Ehtiyat-lazım: –O ehtiyatdır ki, müctehid ona riayət etməyi əqli dəlillər vasitəsi ilə isbat etmişdir.


Əzhər – Daha açıq-aydın olan fətvadır ki, mükəlləf ona müvafiq olaraq əməl etməlidir.


Vacibi-təxyiri: Bir neçə vacibdən, istədiyini görməkdə ixtiyar sahibidir.


Vacibi-eyni: Hər bir şəxsin özünə (başqalarını nəzərə almadan) vacib olan əməldir (namaz, oruc kimi).

2 Müctehid:


Camiuş-şərait müctehid: mərcəyi-təqlidlik məqamı üçün lazım olan bütün şərtlərə malik olan şəxs.

3 Şəri suallara cavab verilən yer.

4 Zimmə əhli: İslam dövlətinin himayəsində yaşayıb onun qanunlarına itaət edən kitab əhli.

5 Məhəlli-işkal: İşkalı var, onun səhih olması şübhəlidir. (Müqəllid bu kimi məsələlərdə başqa müctehidə müraciət edə bilər.)

6 Müstəhcən: biabırçı, utandırıcı

7 Ləhv: puç, faydasız, oynadıcı, batil işlər.


Mütrib və ləhvi musiqi o musiqilərə deyilir ki, günah məclisləri ilə münasib olan xüsusiyyətlərə malik olduğuna görə adətən insanı Allahdan, əxlaqi fəzilətlərdən və insani keyfiyyətlərdən uzaqlaşdırır, onu açıq-saçıqlılığa, günaha doğru sövq edir. Mövzunun ayrıd edilməsində meyar, camaatın nəzəridir

8 Hərəc: Çətinlik, məşəqqət

9 Əhvət–ehtiyata müvafiq olan


Əqva – bir məsələ barəsində güclü ehtimal verilən aşkar fətvadır ki, ona müvafiq əməl etmək lazımdır.

10 Məhəlli təəmmül – Ehtiyat olunmalıdır. (Müqəllid belə məsələlərdə başqa müctehidə müraciət edə bilər.)

11 Satir: Ovrəteyni örtə biləcək miqdarda paltar və s.

12 Külli: Xarici nümunəsi konkret şəkildə təyin olunmayan pul və s.

13 Təzir: Şəriətdə müəyyən günah əməllər üçün təyin olunan cəzalara nisbətən şəriət hakiminin məsləhət gördüyü miqdarda verilən cəzadır ki, onun miqdarı şəri cəzalardan az və yüngüldür.

14 Əmr be məruf – İnsanları vacib, yaxşı və bəyənilən işlərə dəvət etmək.


Nəhy əz münkər–İnsanları pis, yaramaz, haram və günah əməllərdən çəkindirmək.

15 Hibə: əvəzsiz və ya əvəz almaqla başqasına verilən mal (birinciyə hibeyi-bila əvəz, ikinciyə isə hibeyi müəvvəzə deylir.)

16 Təəllüq: Aid və bağlı olma.

17 Ləib: Ləhv ilə təqribən eyni mənanı daşıyır: puç, faydasız, oynadıcı, batil işlər.

18 Mütrib – O musiqiyə deyilir ki, ləhv və ləib məclisləri üçün münasib olsun, yəni insan üçün vəcdə gəlmək və ruh yüksəkliyi baxımından qeyri-adi bir halətin yaranmasıdır.

19 Tərci – Səsin boğaza salınması ilə olan səs.




1. Утверждаю
2. Обмен углеводов в организме животного
3. В современных компьютерах основная задача видео карта разгрузить ЦП от просчета 3D картинок и графических.html
4. Изучение векторной диаграммы в диэлектрике и зависимости диэлектрических потерь от температуры
5. Шрайн Одиторум
6. от 10000 до нескольких миллионов углеродных единиц
7. ЛЕКЦИЯ 6 Орфография и пунктуация Типология заданий
8. Уваровщинская средняя общеобразовательная школа Кирсановского района Тамбовской области
9. Свойства МБТОсобенности лабораторной диагностики
10. Курсовая работа Физиология слуха
11. Тема- Управление социальным конфликтом
12. При роботі з електровідсмоктувачем Вас вдарило струмом
13. Налоговая система зарубежных стран 001
14. Реферат- Новые измерения отношений Север ’ Юг.html
15. Дипломная работа Научный руководитель ст
16. формирование представления о религии как важном факторе культурноисторического развития общества и мирово
17. способы выглаживания поверхностей когда между инструментом и заготовкой имеет место трение скольжения; 2
18. Реферат- Информационное общество- понятие и тенденции
19. Экономический анализ деятельности и его роль в управлении медицинским учреждением
20. Политика валютных интервенций Банка России