У вас вопросы?
У нас ответы:) SamZan.net

M~ktubd o d yz~lm~~d~ ki tezlikl~ v~t~n~ qy~dcqlr

Работа добавлена на сайт samzan.net:

Поможем написать учебную работу

Если у вас возникли сложности с курсовой, контрольной, дипломной, рефератом, отчетом по практике, научно-исследовательской и любой другой работой - мы готовы помочь.

Предоплата всего

от 25%

Подписываем

договор

Выберите тип работы:

Скидка 25% при заказе до 29.12.2024

Suallar və cavablar

  1.  Verilmiş cümlələrdə mübtəda budaq cümləli tabeli mürəkkəb cümləni tapın.

  1.  Məktubda o da yazılmışdı ki, tezliklə vətənə qayıdacaqlar.
    1.  Arzum budur ki, torpaqlarımız tezliklə azad olunsun.
      1.  Kim yarışda birinci oldu, bu hədiyyə onundur.
      2.  Müəllimlik elə bir sənətdir ki, xalqin taleyində mühüm rol oynayır.
      3.  Elə yaz ki, hamı oxuya bilsin.

  1.  Hansı cümlə tabeli mürəkkəb cümlə deyil?

  1.  Yorğun olsam da gecəni yata bilmədim.
    1.  Nə qədər yorğun olsam da, yata bilmədim.
      1.  Hərçənd çox yorğun idim, amma yata bilmədim.
      2.  Yorğun olmağıma baxmayaraq, yata bilmədim.
      3.  Baxmayaraq ki, yorğun idim, amma yata bilmədim.

  1.  “Xocalı faciəsi” nə vaxt baş vermişdir?

  1.  1990, 20 yanvar
    1.  1920, 28 aprel
      1.  1917, 7 noyabr
      2.  1918, 31 mart
      3.  1992, 26 fevral

  1.  Hansı cümlə yer budaq cümləli tabeli mürəkkəb cümlədir?

  1.  O yeri ki mən sənə demişdim, həmin yer buradır.
    1.  Harada işləyirsən, oranın şəraiti yaxşılaşır.
      1.  O yeri ki görmüşdü, oraya bir də getmək istəmirdi.
      2.  Harada işləyirsən, orada abadlıq işləri görürsən.
      3.  Hara göndərirdilər, orada dərhal işə başlayırdı.

  1.  Təyyarə salonunda sərnişinlərə nəzarət edən, onlara qayğı göstərən, ehtiyacları olan hər hansı bir şeylə təmin edən şəxs kimdir?

  1.  Mühəndis-mexanik.
    1.  Təyyarə bələdçisi.
      1.  Mühəndis-elektrik.
      2.  Pilot.
      3.  Şturman.

  1.  Müxtəsər cümlələr üçün hansı əlamət doğrudur?

  1.  Müxtəsər cümlələrdə mübtəda olmur.
    1.  Müxtəsər cümlələrdə xəbər olmur.
      1.  Müxtəsər cümlələrdə II dərəcəli üzv olmur.
      2.  Müxtəsər cümlələr baş üzvlər vasitəsi ilə qurulur.
      3.  Müxtəsər cümlələr yalnız iki üzvdən ibarət olur.

  1.  Geniş cümlələr necə müəyyənləşdirilir?

  1.  Baş üzvlərdən hər ikisi və ikinci dərəcəli üzvlərdən biri iştirak edir.
    1.  İkinci dərəcəli üzvlərdən biri olur.
      1.  Baş və ikinci dərəcəli üzvlərin hamısı iştirak edir.
      2.  Baş üzvlərdən başqa ikinci dərəcəli üzvlər də olur.
      3.  Yalnız ikinci dərəcəli üzvlərdən ibarət olur.

  1.  Şəxssiz cümlə üçün hansı əlamətlər doğrudur?

  1.  Cümlənin xəbəri olmur.
    1.  Mübtədası olmasa da, asanlıqla təsəvvür edilir.
      1.  Mübtədası olmur və heç cür təsəvvür edilmir.
      2.  Mübtəda insan anlayışı bildirmir.
      3.  Mübtədası cansız əşyaları bildirir.

  1.  Hansı cümlə şəxssizdir?

  1.  Kitab maraqlıdır.
    1.  Məktubu oxudum.
      1.  Sizi soruşmurlar.
      2.  Kənddə bahardır.
      3.  Yıxılanı baltalamazlar.

  1.   Verilmiş misralarin müəllifi kimdir və şerin adı nədir?

Xeyli vaxtdır yarın fərağındayam,

Pərvanə tək hüsnün çırağındayam,

Bir ala gözlünün sorağındayam...

  1.  N.B.Vəzirov, “Pərvanə”.
    1.  S.Vurğun, “Ürək”.
      1.  H.Arif, “Şeir deyilmi”.
      2.  M.P.Vaqif,”Durnalar”.
      3.  Qabil, “Tərs düşəndə yerimiz”.

  1.   Verilmiş sözlərdə vurğusu son hecaya düşməyən cərgəni göstərin.

  1.  xurma, başmaq
    1.  uşaq, məktəb
      1.  dünya , aləm
      2.  Fransa, Niderland
      3.  Kosmos, ideya, rektor

  1.   Saitlə başlayan şəkilçi (məs: ın, in, un, ün) artırıldıqda verilmiş cərgələrin birində sözlərin hamısında son hecadakı sait düşür, həmin cərgəni göstərin.

  1.  çiyin, qələm, sinif
    1.  ətir, əsər, kitab
      1.  şəkil, fikir, sətir
      2.  qoşun, kəsir, fətir
      3.  alın, şəhər, əsir

  1.   Səbəb zərfliyi hansı məna çalarına görə məqsəd zəfliyindən fərqlənir?

  1.  Hərəkətin icra olunduğu yerə görə.
    1.  Hadisələrin baş verdiyi zamana görə.
      1.  Isimlə ifadə olunmasına görə.
      2.  Hərəkətin icra olunma qədərinə görə.
      3.  İfadə etdiyi işin xəbərdəki işdən əvvəl olmasına görə.

  1.  Verilmiş sözlərdə vurğusu dəyişəndə mənası dəyişən sözlər olan cərgəni göstərin.

  1.  çəkmə, gəlin, qoyun
    1.  cinayət, yalnız, süzmə
      1.  həyat, amma, qovurma
      2.  qoyun, cərgə, qələm
      3.  əsir, kağız, məktub

  1.  Verilmiş mürəkkəb sözlərin yalnız biri düzgün yazılmışdır, onu göstərin.

  1.  Bakı Dövlət Universiteti.
    1.  Bakı qızlar Universiteti.
      1.  Azərbaycan Pedaqoji kolleci.
      2.  Azərbaycan dillər üniversiteti.
      3.  Bakı Slavyan universiteti.

  1.  Verilmiş misraların müəllifi kimdir?

Biz dünyadan gedər olduq,

Qalanlara salam olsun.

Bizim üçün xeyir-dua

Qılanlara salam olsun.

  1.  N.Xəzri.
    1.  B.Vahabzadə.
      1.  Y.İmrə.
      2.  Ə.Cavad.
      3.  H.Arif.

  1.  Verilmiş sözlərdən hansının antonimi yoxdur?

  1.  səhər
    1.  şirin
      1.  nazik
      2.  yanaq
      3.  uzun

18. Nizami Gəncəvinin adı dünya şhörətli sənətkardan kimlərin adı ilə yanaşı çəkilir?

A. Kant, Hegel, Perikl, Petrarka.

B. Dante, Şekspir, Homer, Puşkin.

C. Esxil, Holbax, Siseron, Sokrat.

D. Sədi, Firdovsi, Hadi, Sofokl.

E. Herodot, Fukidid, Evripid, Anaksimen.

19. Sinonim sözlərdən ibarət olan cərgəni gösətrin.

A. qoyun, sərin, alın

B. göz, dil, qala

C. qaş, ətək, şiş

D. iç, ləpə, tum

E. dad, aş, dar

20. “Bu işin öhdəsindən kaş sən gələ biləydin, Abbasqulu bəy” cümləsindəki işarələnmiş sözün ədatın hansı məna növündə olduğunu göstərin.

A. əmr

B. arzu

C. nəsihət

D. tövsiyə

E. şikayət

21. Verilmiş şeir parçasının müəllifi kimdir?

................................................

Əzabımın, fəryadımın vətənidi,

Ölənimin, itənimin vətənidi,

Qafqaz mənim vətənimin vətənidi.

A. A.S.Puşkin.

B. S.Yesenin.

C. N.Həsənzadə.

D. C.Novruz.

E. N.Xəzri.

22. “İlə”nin bağlayıcı kimi işləndiyi cümləni göstərin.

  1.  Sona cəsarətlə gəlib-gedənlərə baxırdı.
  2.  Kəmalə ilə Cavid hələ orta məktəbdən tanış idilər.
  3.  Çəmənlər xəzan yarpaqları ilə örtülü idi.
  4.  Onunla görüşmək mənə nəsib olmadı.
  5.  Səninlə birlikdə olmaq mənə xoşdur.

23. Azərbaycan dili qrammatikasının morfologiya hissəsi nəyi öyrənir?

A. cümlə üzvlərini

B. sözlərin mənşəyini

C. söz birləşmələrini

D. nitq hissələrini və onların dəyişməsini

E. sözlərin formalarını

24. Aşağıdakı şeir parçasının müəllifi kimdir?

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir su da.

A. N.Həsənzadə.

B. B.Vahabzadə.

C. N.Gəncəvi.

D. M.Hadi.

E. M.Şəhriyar.

25. Dilçiliyin cümlə üzvlərindən bəhs edən şöbəsi necə adlanır?

A. Sintaksis.

B. Fonetika.

C. Leksika.

D. Morfologiya.

E. Frazeologiya.

26. Zaman budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?

Harda qərar tutsam, orda varam mən.

Gəl ki, sən gələndə şadlanır ömür.

Kənddən çıxdım ki, sakitləşsinlər.

Mən o zaman şəhərə çatdım ki, hava qaralmışdı.

Atrıq bu məsələni çürütmək lazım deyil.

27. Bəzi rayon və kəndlərdə işlədilən sözlər necə adlanır?

A. Ləhcə.

B. Arxaik sözlər.

C. Sinonim sözlər.

D. Vulqar sözlər.

E. Dialekt sözlər.

28. Verilmiş şeir parçasının müəllifi kimdir və şeirin adı nədir?

Yenə də yamyaşıl geyinir dağlar,

Göz kimi durulur qaynar bulaqlar.

Əriyir güneylər döşündəki qar,

Yağış da isladır o göy çəməni,

................................................

  1.  Hüseyn Cavid “Ana”.
  2.  Süleyman Rüstəm “Ələmdən nəşəyə”.
  3.  Səməd Vurğun “Təbiət ilhama çağırır məni”.
  4.  Nəbi Xəzri “Şuşanın dağları”.

E. Balaş Azəroğlu “Bir zərrə olsaydım”.

29. Verilmiş şeir parçasının şifahi xalq ədəbiyyatının hansı növünə aid olduğunu göstərin.

Əziziyəm, gül əllər,

Ağ biləklər, gül əllə.

Dəryaca ağlın olsa,

Yoxsul olsan – güləllər.

A. Bayatı.

  1.  Rübai.

C. Holavar.

D. Gəraylı.

E. Ağı.

 30. Dilçiliyin sözlərin, ifadələrin mənalarından və onların dəyişməsindən bəhs edən      şöbəsi necə adlanır?

A. semasiologiya

  1.  fonetika

C. leksika

D. sintaksis

E. morfologiya

  31. Hansı cümlə məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədir?

A. Evə gec gəldim, çünki maşın xarab olmuşdu.

  1.  Kəndə getmirəm, ona görə ki, orada heç kimim yoxdur.

C. Kəndə ona görə getmirəm ki, orada heç kimim yoxdur.

D. O səbəbə getmədim ki, xəstələnmişdim.

E. Kəndə gedirəm ki, anamı görəm.

32. Hansı cümlə səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir?

  1.  Dua edirəm ki, işlərin yaxşı olsun.

B. Bunları ona görə danışıram ki, vəziyyətdən xəbərdar olasan.

C. Göndərdim şəhərə ki, vəziyyəti öyrənsin.

D. Buranın havası sərindir, çünki dənizə yaxındır.

E. Qaçıram ki, sənə çatam.

  1.  “Azərbaycan Respublikasının himni”nin sözləri və musiqisi kimlərə aiddir?

A. Səməd Vurğun, Cahangir Cahangirov.

B. Hüseyn Arif, Arif Məlikov.

C. Əhməd Cavad, Üzeyir Hacıbəyov.

D. Hüseyn Cavid, Hacı Xanməmmədov.

E. Rəsul Rza, Səid Rüstəmov.

34. Aşağıdakı şeir parçası necə adlanır və müəllifi kimdir?

Arzuya bax, sevgilim,

tellərindən incəmi,

söylə, ürəyincəmi?..

  1.  N.Həsənzadə, “Sağ canımda ağrıyan yerim”.

B. R.Rza, “Rənglər”.

C. S.Qabil, “Nəyim var mənim”.

D. M.Müşfiq, “Yenə o bağ olaydı...”.

E. M.Araz. “Salamat qal...”

    35. “Leyli və Məcnun” operasının müəllifi kimdir?

  1.  M.Maqomayev.

B. Ü.Hacıbəyov.

C. F.Əmirov.

D. Q.Qarayev.

E. F.Bədəlbəyli.

  1.  Verilmiş mətn hansı sənəddir?

Əziz həmvətənlər! Hörmətli soydaşlar! Mən sizə, bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarını anma günü – 31 mart münasibətilə müraciət edirəm ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

A. elan

B. diriş

C. müraciət

D. ərizə

E. məktub

37. Hansı cərgədə yalnız köməkçi nitq hissələri verilmişdir?

A. uşaq, nənə, baba, kənd

B. bir, iki, yer, otaq

C. ki, lakin, və, tək

D. mən, ata, birdən, köynək

E. gəl, yaxın, göy, qonur

38. Verilmiş parça N.Həsənzadənin hansı şeirindəndir?

Hər millətin, hər torpağın

öz adı var, öz ünvanı,

Yağılara baş əyməyib

Azərbaycan qəhrəmanı.

  1.  Zəriflik.

B. Mənim nikahımı pozdu təbiət.

C. İstiqlal himni.

D. Sənsiz.

E. Səyyar sərgi.

39. Verilmiş sözlərdə felləri ayırın.

  1.  almaq;  2. qonaq;  3. gözəl;  4. beş; 5. vurmaq;  6. xoşbəxtlik;  7. inanmaq;

  1.  1, 2, 4

B. 1, 5, 7

C. 3, 4, 6

D. 3, 5, 7

E. 1, 2, 5, 6

40. İlk azərbaycanlı hökmdar qadın kimdir?  

 

  1.  Sultanım xanım.

B. Tomris.

C. Sara xatun.

D. Natəvan.

E. Nüşabə.

  41. Verilmiş cümlələrdən hansı mürəkkəb cümlədir?

  1.  Məhbub xanım gülə-gülə anama nə isə deyirdi.

B. Almaz yalnız indi başa düşmüşdü ki, bu söhbət onun atası haqqında  

  imiş.

C. Müəllim gülümsəyərək başı ilə razılığını bildirdi.

D. Artıq onunla söhbətimiz tutmurdu.

E. Türkiyə bölgədə çox böyük nüfuza malikdir.

   42.“Az danışmağın qiyməti” şeirinin müəllifi kimdir və neçənci əsrdə yaşamışdır?

A. İmaməddin Nəsimi, XIII əsr.

B. Mirzə Şəfi Vazeh, XVI əsr.

C. Seyid Əzim Şirvani, XVIII əsr.

D. Nizami Gəncəvi, XII əsr.

E. Qasım Bəy Zakir, XIX əsr.

    43. Cümlələrin hansında “ata” sözü adlıq haldadır?

  1.  Biz atamın yanında sakitcə oturmuşduq.

B. Atamın sözləri çıxmaz yadımdan.

C. Atanın dayağı oğuldur.

D. Atam mənə fərəhlə baxırdı.

E. Mən ürəyikövrək bir atadan danışacağam.

44. 2008-ci ildə Azərbaycanın hansı yazıçısının “YUNESKO” xətti ilə 100 illiyi qeyd olunmuşdur?

  1.  S.Rəhimov.

B. H.Mehdi.

C. Əbül Həsən.

D. Mir Cəlal.

E. Əli Vəliyev.

   45. 1923-38-ci illər ərzində Türkiyə Cümhuriyyətinin prezidenti kim olmuşdur?

  1.  S.Dəmirəl.
  2.  Mustafa Kamal Atatürk.

C. T.Özal.

D. A.Gül.

E. N.Sezər.

46. Hansı cərgədəki sözlər mürəkkəb adlardır?

  1.  Qara dəniz, Baykal gölü, Hudzon çayı.

B. Vətəni sevmək, ürək sözü, dağ qüdrəti.

C. Kəklikotu, quzuqulağı, mürəkkəbqabı.

D. Novruzəli, Əliheydər, Məmmədhüseyn.

E. Ürəyiaçıq, xoşqədəm, gülərüz.

47. Verilmiş sözlərdən hansıları hecaya düzgün ayrılmayıb?

A. qal – dır – maq, giz – lən – mək, gö – rüş – mək

B. gül – əş – mək, çal – ış – maq, ye - rləş – mək

C. sil – kə – lən – mək, ya – na – caq, ix – ti – ra

D. da – ğıt – maq, mü – ha – si – rə, və – zi – fə

E. sök – dür – mək, mü – ka – fat, təş – ki – lat

48. Verilmiş sözlərdə səhv yazılanı göstərin.

  1.  laboratoriya, kombinat, cərrah

B. heykəl, novruz, vüqar

C. hümanizm, dircəliş, gözəççi

D. ehtiras, etimad, şans

E. örpək, nazir, hörmət

49. Təsirli fellər olan cərgəni göstərin.

A. yazmaq, götürmək, çalmaq, aparmaq

B. getmək, gəlmək, qaçmaq, yatmaq

C. durmaq, gülmək, enmək, qalxmaq

D. qaçmaq, oturmaq, durmaq, ağlamaq

E. gülmək, qurmaq, gəzmək, danışmaq

  1.  Hər hansı bir şəxs işə girmək istəyəndə müəssisə rəhbərinə hansı sənədlə müraciət etməlidir?

A. etibarnamə

B. vəkalətnamə

C. hesabat

D. ərizə

E. təqdimat

51. Aşağıdakı cümlədə sözlərdən hansını çıxartsaq, cümlə bitmiş bir fikir bildirməz?

Mən dünən həyətdə balaca oğlan uşağı görmüşəm.

  1.  görmüşəm

B. dünən

C. oğlan uşağı

D. həyətdə

E. mən

52. Hansı cümlənin mübtədası sayla ifadə olunub?

  1.  Yaşlılara qayğı göstərilməlidir.

B. Bunu biz çoxdan bilirdik.

C. Altmışıncılar öz sözlərini deyəcəklər.

D. Sənin bütün cavabların doğrudur.

E. Deyilən söz yadigardır.

  1.  “Mən Kamrandan xahiş etdim ki, ... ” cümləsini tamalayın.

A. dostu ilə gedərsə

B. dostu ilə getsin

C. dostla getsin

D. dostu ilə gedibsə

E. dostu gildə getsin

54. “Bu tələbə ... başqasının kitabını götürüb” cümləsində nöqtələrin yerinə uyğun gələn sözü yazın.

  1.  səhvən

B. səhvdən

C. səhvlə

D. səhv ilə

E. səhvə görə

   55. “Məsələnin həllinin ... asılı olduğunu o bilir” cümləsini tamamlayın.

A. kimdən

B. kim

C. kiminlə

D. kimə görə

E. kimi

  1.  “Birinci kurs tələbələri imtahanların nəticələri barədə ...verdilər” cümləsində nöqtələrin yerinə uyğun gələn sözü yazın.

A. müraciət

B. hesabat

C. ərizə

D. təqdimat

E. etibarnamə

57. “Dərs ilinin qurtarmasına iki aydan az vaxt ... ” cümləsində nöqtələrin yerinə uyğun gələn sözü yazın.

  1.  qalacaq

B. qalar

C. qalmışdır

D. qalardı

E. qalsa

58. “Müşfiq Milli Aviasiya Akademiyasının ... fakültəsində menegment ixtisası üzrə təhsil alır” cümləsində nöqtələrin yerinə müvafiq sözü yazın.

  1.  İqtisadiyyat və hüquq.

B. Avianəqliyyat istehsalatının təşkili.

C. Avianəqliyyatın texniki istismarı.

D. Avianəqliyyat sisteminin monitorinqi.

E. Hava nəqliyyatının uçuşunun texniki istismarı.

  1.  Cümlədə özündən əvvəlki sözü izah edən, onu dəqiqləşdirən sözlər necə adlanır?

A. Məsdər.

B. Təyini söz birləşmələri.

C. Əlavələr.

D. Mübtəda.

E. Modal söz.

60. Aşağıdakı cərgələrdən hansında fellərin yazılışı səhvdir?

  1.  qaytarmaq, oturmaq, durmaq
  2.  səpələmək, yığmaq, çıxmaq
  3.  görsətmək, iləriləmək, çappaq
  4.  əsəbiləşmək, işləmək, tikmək
  5.  parçalamaq, didmək, ağlamaq

61. “Heydərbabaya salam” şeirinin müəllifi kimdir?

  1.  M.Araz.
  2.  N.Həsənzadə.
  3.  H.Cavid.
  4.  M.Şəhriyar.
  5.  H.Arif.

62. Verilmiş tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü müəyyənləşdirin.

“Mən inanıram ki, o, bununla kifayətlənməyəcək”.

  1.  Xəbər.

B. Təyin.

C. Tamamlıq.

D. Qarşılaşdırma.

E. Səbəb–məqsəd.

63. Verilmiş cümlələrdən hansında həmcins üzvlər vardır?

  1.  Ümumiyyətlə, az danışmaq, çox iş görmək lazımdır.

B. O, çox alicənab qadındır, səni başa düşər.

C. Bu sual Əlini lap halından çıxartdı.

D. Lənkəran, Astara limonu, mandarini, portağalı ilə məşhurdur.

E. Sizinkilər hansı binanı tikiblər?

64. Aşağıdakı sözlərdən hansı termin deyil?

A. ədəbiyyat

B. riyaziyyat

C. ilahiyyat

D. frazeologiya

E. çilçıraq

65. Təsirsiz fellər olan cərgəni göstərin.

A. açmaq, görmək, axtarmaq, çalışmaq

B. getmək, qaçmaq, gülmək, enmək

C. yemək, içmək, bilmək, görmək

D. görəcək, tikmək, dağıtmaq, yıxmaq

E. uçurmaq, üzmək, döymək, çığırmaq

66. Verilmiş sözlərdə ən kiçik dil vahidi hansıdır?

A. heca

B. fonem

C. leksem

D. cümlə

E. frazem

67. Sadə isimlə feli sifət tərkibindən ibarət olan mürəkkəb sözlər hansı sıradadır?

A. qanunauyğunluq, əliaçıqlıq

B. qaratikan, xammal

C. əlyazması, əmiqızı

D. günbatan, paltarasan

E. poladəritmə, pambıqtəmizləmə

68. Verilmiş sözlər felin hansı kateqoriyasındadır?

     oxumamaq, öyrənməmək, tapmamaq, bilməmək

A. kəmiyyət kateqoriyasında

B. şəxs kateqoriyasında

C. tərz kateqoriyasında

D. inkarlıq kateqoriyasında

E. qeyri-müəyyən kateqoriyada

69. Əvvəlki dövrlərdə tətbiq olunan bu və ya digər orfoqrafik qaydaların mühafizə olunması və müasir yazıda davam etdirilməsi prinsipi necə adlanır?

A. Etimoloji prinsip.

B. Tarixi-ənənəvi prinsip.

C. Fonetik prinsip.

D. Morfoloji prinsip.

E. Deferensial prinsip.

  1.  Əmr formasında olan felləri göstərin.

A. hazırlaşam, oxuyam, yazam, danışam

B. oxumalıyam, görməlisən, bilməlisən, deməlisən

C. gətirəsiyəm, tapasıyam, gedəsiyəm, çalasıyam

D. işləsəm, oxusam, çatsam, aparsam

E. öyrən, bil, oxu, gətir

  1.  Budaq cümlələri baş cümləyə birləşdirən vasitələr hansılardır?

A. Tabesizlik və tabelilik bağlayıcıları.

B. Bağlayıcı və intonasiya.

C. Bağlayıcılar və bağlayıcı sözlər.

D. İntonasiya, tabelilik bağlayıcıları, bağlayıcı sözlər, şəkilçilər.

E. Bağlayıcı sözlər və şəkilçilər.

  1.  Verilmiş cümlələrdən hansı tabeli mürəkkəb cümlədir?

A. Qızılgül ətrindən doysa bir nəfər,

  Ona haram olar başqa ətirlər.

B. Danışanda, sanki ilhama gəlirdi.

C. Bakının dərdi var, Bakı xəstədir,

  Könül intizarda, göz yol üstədir...

D. Mən ki gözəl deyildim.

E. Bu dünya nərdivandı,

  qalxanda mehribandı...

  1.  “Azərbaycan” qəzeti ilk dəfə neçənci ildə nəşr edilmişdir və onun redaktoru kim olmuşdur.

A. 1910, M.Ə.Sabir.

B. 1919, Ü.Hacıbəyov.

C. 1965, Ə. Bədəlbəyli.

D. 1907, C.Məmmədquluzadə.

E. 1912, Ə.Hüseynzadə.

74. “Koroğlu” operasının müəllifi kimdir?

A. C.Cahangirov.

B. F.Əmirov.

C. Ü.Hacıbəyov.

D. T.Quliyev.

E. C.Hacıyev.

75. Verilmiş cümlələrin hansında tamamlıq budaq cümləsi baş cümlədən sonra gəlir?

A. Nə deyirəm, ona əməl elə.

B. Kimə deyirsən, ona tapşırım.

C. İndi hamı bilir ki, ona toxunmaq olmaz.

D. Kim köməyə gəlibsə, yer verilməlidir.

E. Toğrul bərk yorulmuşdu.

76. Hansı cərgədəki cümlələr adlıq cümlələrdir?

A. Qışdır. Soyuqdur.

B. Şagirdik. Oxuyuruq.

C. Əhməd kişinin oğludur. Həsəndir.

D. Qalın meşə. Maral hənirtisi.

E. Ehtiyacı olana kömək edilməlidir.

77. Vurğusu son hecaya düşməyən sözü göstərin?

A. uşaq, bacı, məktəb

B. həyat, kainat, dünya

C. sətir, çətir, xətir

D. qıpqırmızı, yamyaşıl, sapsarı

E. armud, gilas, moruq

78. Hansı cərgədəki sözlər həm çoxmənalı söz, həm də omonim kimi işlənə bilər?

A. qaz, burun, sifət, bal

B. divan, diş, həlim, bina

C. at, bar, bəhs, bazar

D. qol, üz, gün, baş

E. zər, ağız, yaz, yay

79. Düzəltmə isimlər olan cərgəni göstərin?

A. bıçqı, çoşqun, kiçicik

B. araq, daraq, bayraq

C. arxalıq, hikmət, hissəcik

D. içlik, kiloluq, kilimçi

E. dəmirçi, saçaq, kökəcik

80. Verilmiş cümlələrdən birində “su” sözü təsirlik haldadır. Həmin cümləni tapın?

A. Sözün də su kimi lətafəti var...

B. Naxcıvanda çoxlu mineral su mənbələri var.

C. Araz çayının köpüklənmiş, bulanıq suyu ətrafa yayılmışdı.

D. Su axar, çuxurunu tapar.

E. Nənəm mənə bir stəkan sərin su verdi.

81. Sadə fellər olan cərgəni göstərin.

A. ucal, dincəl, ağıllan, alovlan

B. gəl, oxu, yat, düş

C. uduzmaq, əkilmək, ləngimək, turşumaq

D. gizlənmək, mənimsəmək, əkilmək, darılmaq

E. çəkinmək, qəribsəmək, gizləmək, udqunmaq

  1.  “Heç zaman görməzsən namərddən xeyir...” misrasında işarələnmiş söz ismin hansı halındadır?

A. Çıxışlıq.

B. Yiyəlik.

C. Yönlük.

D. Təsirlik.

E. Adlıq.

  1.  Verilmiş sözlərdən biri sifət deyil və həmin sözü göstərin?

A. dodaqucu

B. əcaib

C. firavan

D. fərd

E. nəm

84. Hansı cərgədəki sözlər sifətin azaltma dərəcəsindədir?

A. gömgöy, ağappaq

B. olduqca, balaca

C. yaşıltəhər, sarışın

D. ürəyiaçıq, gözüyumulu

E. şirin, acı

85. Hansı cümlənin həm mübtədası, həm də xəbəri sayla ifadə olunub?

A. Onlar bizimlə getdilər.

B. Bugünki axırıncılar, sabahkı birincilərdir.

C. Bu yarışdakı birincilik sənin üçün çox azdır.

D. Bizə gəlməsən bir də onu görməzsən.

E. İtkisi birdir.

86. Sifəti başqa nitq hissələrindən ayıran əsas xüsusiyyət hansıdır?

A. Təyin ola bilməsi.

B. Əsas nitq hissəsi olması.

C. Əlamət bildirməsi.

D. İsimləşə bilməsi.

E. Suala cavab verməsi.

87. Hansı cümlədə atalar sözü ifadə olunub?

A. Yaşlılara qayğı lazımdır.

B. Dediklərini hamı bilir.

C. Altıncılar yarışda qalib gəldilər.

D. Deyilən söz yadigardır.

E. Birisi yazı yazır, başqa birisi isə qulaq asırdı.

88. Hansı cümlədə qeyri-müəyyən əvəzlik işlənmişdir?

A. Mən çox görmüşəm bu sarayları.

B. Kimisi dərsə gedir, kimisi isə dayanıb söhbət edirdi.

C. Özüm hər adama diqqət etmirəm.

D. Elə işlər məni maraqlandırmır.

E. Onun bütün dostları burada idi.

89. Əmr şəklində olan cümləni göstər?

A. Əkinçi yağış istəyir, yolçu quraqlıq.

B. Anasına bax, qızını al, qırağına bax, bezini al.

C. Aparın bunları, bunların yeri dar ağacıdır.

D. Evin oğrusunu tutmaq olmaz.

E. Gözəllik qarın doyurmaz.

90. Fellər əsasən hansı cümlə üzvünü ifadə edir?

A. Mübtədanı.

B. Təyini.

C. Tamamlığı.

D. Xəbəri.

E. Zərfliyi.

91. Hansı cərgədə olan qoşmalar bir-birinə sinonim deyil?

A. kimi – tək

B. qədər - kimi

C. savayı – özgə

D. bəri – dək

E. tərəf – sarı

  92. “Özgə” sözünün qoşma kimi işləndiyi cümləni tapın?

A. Özgə atına minən tez düşər.

B. Səndən özgə havadarım yoxdur.

C. Özü üçün yatır, özgələr üçün yuxu görür.

D. Özgə ağzına baxan ac qalar.

E. Özgəyə qoşulan özününkündən olar.

  93. Verilmiş sözlər əvəzliyin hansı növünə aiddir?

Kimsə, biri, hamı, kimi, filankəs.

A. şəxs əvəzlikləri

B. işarə əvəzlikləri

C. qeyri-müəyyən əvəzliklər

D. sual əvəzlikləri

E. təyin əvəzlikləri

 94. Xurşudbanu Natəvan harada anadan olmuşdur?

A. Bakıda.

B. Ağcabədidə.

C. Şuşada.

D. Ağdamda.

E. Qubadlıda.

95. Tabelilik bağlayıcılarının iştirak etmədiyi cümləni göstərin.

A. Təyyarələr göyə qalxır, sanki quş kimi qanad çalırdılar.

B. İstər bizim kəndimiz, istərsə də rayonumuz gündən-günə inkişaf

  edir.

C. Bu gün çayın suyu bulanmışdı.

D. Gülnar nə danışır, nə də hərəkət edirdi.

E. Bu sənin taleyindir.

96. “İstər, istərsə də” bağlayıcısının növünü göstərin.

A. aydınlaşdırma

B. qarşılaşdırma

C. inkar

D. iştirak

E. bölüşdürmə

97. Çoxmənalı sözlər olan cərgəni tapın.

A. şeir, qonaq, külək

B. baş, düşmək, göz

C. dünya, poema, roman

D. sirli, küçə, tonqal

E. əsir, kəsir, məktub

98. Hansı cümlədə “ki” ədat kimi işlənmişdir?

A. Mən bilirəm ki, o hər şeyi düz deyir.

B. Deyirlər ki, şirin yuxu gözəl nemətdir.

C. Mən ki Tanrı şairiyəm, Tanrınmı yoxdu?

D. Bilirsən ki, o gəlməyəcək.

E. Qocalara hörmət et ki, sən də qocalacaqsan.

99.Milli Aviasiya Akademiyası neçənci ildə yaradılmışdır?

A. 2001-ci ildə

B. 1995-ci ildə

C. 1992-ci ildə

D. 2000-ci ildə

E. 1965-ci ildə

100. Milli Aviasiya Akademiyasında neçə fakültə fəaliyyət göstərir?

A. 2 fakültə

B. 5 fakültə

C. 3 fakültə

D. 1 fakültə

E. 12 fakültə

101. “Azərbaycan Respublikasında dövlət dilinin qorunması və inkişafı haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunmuşdur?

A. 11 aprel, 1998-ci il

B. 30 sentyabr, 2002-ci il

C. 10 may, 2001-ci il

D. 09 oktyabr, 1999-cu il

E. 13 sentyabr, 2000-ci il

102. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılması haqqında təlimat”ın təsdiq edilməsi haqqında fərman nə vaxt qəbul olunmuşdur?

A. 10 mart, 2001-ci il

B. 15 yanvar, 2000-ci il

C. 5 fevral, 2002-ci il

D. 27 sentyabr, 2003-cü il

E. 8 aprel, 1997-ci il

103. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan respublikası prezidentinin fərmanı nə vaxtdan qüvvədədir?

A. 12 sentyabr, 1998-ci il

B. 28 oktyabr, 2000-ci il

C. 10 noyabr, 1999-cu il

D. 18 iyun, 2001-ci il

E. 20 aprel, 1996-cı il

104. “Araz çayı Culfa düzünü iki hissəyə ayırır” cümləsində mübtəda hansı nitq hissəsi ilə ifadə olunub?

A. isimlə

B. III növ təyini söz birləşməsi ilə

C. feli birləşmə ilə

D. sifətlə

E. əvəzliklə

 105. Azərbaycanda ilk dəfə latın qrafikasına nə vaxt keçilmişdir?

A. 1924-cü il martın 18-də

B. 1927-ci il sentyabrın 5-də

C. 1922-ci il martın 6-da

D. 1920-ci il avqustun 10-da

E. 1930-cu il yanvarın 28-də

 106.Verilmiş şeir parçasında neçə sadə cümlə var?

“Yatmış hamı, bir Ahllah oyaqdı, daha bir mən,

Məndən aşağı kimsə yox, ondan da yuxarı.”

A. 3

B. 4

C. 5

D. 6

E. 2

 107. Əmr cümləsi üçün hansı qrammatik göstərici əsas şərtdir?

A. Əmr cümləsinin sonunda nöqtə qoyulur.

B. Əmr cümləsinin xəbəri əmr şəklində olur.

C. Əmr cümləsinin sonunda nida işarəsi qoyulur.

D. Əmr cümləsi yüksək intonasiya ilə deyilir.

E. Əmr cümləsi xahiş, məsləhət mənalarını ifadə edir.

 108. Hansı cümlədə mürəkkəb mübtəda var?

A. Ay qızım, sən nə üçün məktəbə gəlmirsən?

B. Ey dünyanın dərdini çiynində daşıyan, sən ki, mənim dərdimi

  bilirsən?

C. Mənim uzaqgörənliyim səni niyə narahat edir, Şamdan bəy?

D. Sən nə qədər bizə zülm edəcəksən?

E. Vətən-ana, ey odlar diyarı, sənə canım qurban.

109. İsmin hansı halında olan sözlər heç vaxt zərflik ola bilmir?

A. çıxışlıq

B. yönlük

C. yiyəlik

D. yerlik

E. təsirlik

 110. “Şiddətli külək xəzəli, toz-torpağı göyə sovururdu” cümləsində neçə sadə cümlə var?

A. 3

B. 4

C. 5

D. 2

E. 1

   111. Verilmiş sözlərdən hansı sadə sözdür?

A. dilbir

B. dilbər

C. dilçi

D. dilruba

E. dilotu

112. Verilmiş şeir parçasının müəllifi kimdir?

Yar yanında günahkaram,

Doğru sözüm yalan oldu.

Yeriş etdi, qəm ləşgəri,

Könlüm şəhri talan oldu.

A. Aşıq Abbas Tufarqanlı.

B. Aşaq Hüseyn Saraclı.

C. Aşıq Ələsgər.

D. Aşıq Şəmşir.

E. Aşıq Şakir.

 113. Hansı cərgədəki fellərin oxunuşu yazılışından fərqlidir?

A. etmişsiniz, qayıtmışsınız

B. diləndi, dincəlib

C. fikirləşir, görür

D. əzişdirib, oturmayacaqsan

E. geyindirmişəm, görməmişəm

 114. MAA-da Mülki Aviasiya muzeyi nə vaxt yaranıb?

A. 2006-cı ildə

B. 1999-cu ildə

C. 2005-ci ildə

D. 2001-ci ildə

E. 2009-cu ildə

115. Reqlament nədir?

A.Hər hansı paltarın boynundakı kiçik yarlıq.

B.Hər hansı bank nişanlarını özündə əks etdirən mətn.

C.Hər hansı bir iclasın aparılması haqqında müəyyənləşdirilmiş

 qaydalar.

D.Alınan və ya satılan malın hesabı.

E.Hər hansı bir ölkəyə göndərilən rəsmi bəyanat.

 

  116. Verilmiş mətn hansı sənədi ifadə edir?

                                                                       “Ruslan” MMC-in sədri

S.İmanova,həmin müəssisənin

işçisi Kərim Əliyev

tərəfindən

......

Xəstə olduğuma görə işə çıxmamışam, lakin müvafiq orqanlara xəstəliyim haqda arayış vermişəm. Buna görə də xahiş edirəm məni üzürlü hesab edəsiniz.

İmza: K.Əliyev. 07.05.09

A. hesabat

B. izahat

C. ərizə

D. referat

E. protokol

 117. Verilmiş sözlərdən hansı reklam xarakterli deyil?

A. bildiriş

B. reklam

C. anons

D. afişa

E. təqdimat

 118. Mötərizədən nə vaxt istifadə etmək olar?

A. yazarkən hər hansı bir səhv etdikdə

B. cümlə üzvlərinin əlavəsində

C. ara cümlələrdə

D. həmcins üzvlərdə

E. ümumiləşdirici sözlərdə

 

 119. Verilmiş misralar kimin şeirindəndir?

“Bir talenin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da, qoşa düşmərik”.

A. T.Mütəllimovun

B. N.Həsənzadənin

C. S.Rüstəmin

D. M.Rahimin

E. M.Arazın

120. “Məharət” sözünün sinonimini tapın.

A. fərasət

B. möhtərəm

C. hörmət

D. fəal

E. ideal

  121. Arxaik sözlər olan cərgəni tapın.

A. dağ, bağ, sarı, üzük

B. alim, sahil, məlum, adət

C. adəm, şəhər, kasa, şəkil

D. xış, kotan, başmaq, yaşmaq

E. könül, kafedra, adres, aspirant

 122. Neologizmlər olan cərgəni tapın.

A. kosmonavt, internet, fermer, biznes

B. saat, məktub, roman, futbol

C. leksika, poema, metro, filoloq

D. dekan, lift, orden, opera

E. sarı, bağ, uzun, divar

 123. Verilmiş cümlə hansı frazeoloji ifadədir?

Örtülü bazar, dostluğu pozar.

A. hikmətli sözlər

B. məsəl

C. atalar sözü

D. söz birləşməsi

E. ara sözlər

 124. Verilmiş sözlərdə kəmiyyət kateqoriyasında olan isimləri tapın.

A. qardaşım, kitabı, dostumuz, dəftəri

B. ağaclar, küçələr, su, duz

C. qutumun, evə, tində, vərəqdən

D. atam, nənəniz, gözünüz, əsanız

E. balıq, səhranım, əsgəraya, almanı

 125. Tərzi-hərəkət zərflikləri olan cərgəni göstərin.

A. yavaş, asta, dərhal, ucadan

B. indi, sabah, tezdən, erkən

C. irəli, geri, aşağı, orta

D. xeyli, bir qədər, bir az, çox

E. arxa, əvvəl, bayaq, qabaq

126.Verilmiş sözlər zərfin quruluşca hansı növünə aiddir?

Birdən, tələsik, hərdən, ani.

A. sadə zərflər

B. düzəltmə zərflər

C. mürəkkəb zərflər

D. iki sözün birləşməsindən əmələ gələn zərflər

E. ikihecalı zərflər

 127. Qoşmaların əsas xüsusiyyətləri nədir?

A. əsas sözdən əvvəl gəlir

B. əsas sözlə birləşir

C. əsas sözdən sonra gəlir

D. ayrılıqda məna kəsb edir

E. ayrılıqda heç bir məna kəsb etmir

 128. Verilmiş qoşmalar mənaca qoşmanın hansı növünə aiddir?

Qabaq, qədər, kimi, dək.

A. məkan bildirirlər

B. müqayisə bildirirlər

C. səbəb və məqsəd bildirirlər

D. zaman bildirirlər

E. yer bildirirlər

 129. Verilmiş bağlayıcılar mənaca bağlayıcının hansı növünə aiddir?

Əgər, hərgah, ya, ya da.

A. aydınlaşdırma bildirir

B. səbəb bildirir

C. müqayisə bildirir

D. şərt bildirir

E. güzəşt bildirir

 130. Uzlaşma əlaqəsini bildirən sözlər olan cərgəni göstərin.

A. dərsi öyrənmək, kənddə yaşamaq, dağdan hündür

B. mən aldığım, sən bildiyin, biz getdiyimiz

C. yaxşı əsər, gözəl meşə, daş hasar

D. asta danışmaq, durub baxmaq, kitab almaq

E. şəhərdən getmək, dağdan enmək dərsi öyrənmək

131. Söz birləşmələri olan cərgəni göstərin.

A. maraqlı tamaşa, gözəl diyar, insana hörmət

B. hadisə, əsər, küçə, dəniz

C. səhər, ana, yenicə, yüngül

D. rahat, muzey, dağ, otlaq

E. çarpayı, meşə, şən, asan

  132. Xəbər hansı cümlə üzvündən asılıdır və ona aid hərəkəti bildirir?

A. tamamlıqdan

B. təyindən

C. mübtədadan

D. zərflikdən

E. ümumən cümlə üzvlərindən

133. “Əslində, indi bu söhbətin yeri deyil” cümləsində işarələnmiş söz qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərdən hansıdır?

A. ara cümlə

B. xitab

C. ara söz

D. əlavə

E. həmcins üzv

 134. “Nizaminin poemalarına həsr olunmuş xalılar yadındadırmı” cümləsinin sonuna           hansı durğu işarəsi qoyulmalıdır?

A. nöqtə

B. nida

C. sual

D. nöqtə, nida

E. nida, iki nöqtə

135. “Şəhərdən getmək ona ağır gəlirdi” cümləsində işarələnmiş söz tabelilik əlaqəsinin hansı növünə aiddir?

A. uzlaşma

B. yanaşma

C. idarə

D. əlavə

E. ara söz

 136. Mürəkkəb söz birləşmələri olan cərgəni göstərin.

A. şəhərin küçələri, maraqlı tamaşa

B. rəssamlıq əsəri, gözəl insan

C. kitaba baxmaq, insana hörmət

D. qalın cildli kitab, dünya hadisələrinə maraq

E. maraqlı tamaşa, məktubu göndərmək

137. Hansı cərgədəki sözlər ahəng qanununa tabedir?

A. ərik, odun, yaxşılıq, bahar

B. stəkan, sadiq, məşhur, küçə

D. poema, leksika, metro, konsert

E. telefon, orden, opera, ariya

138. Xüsusi isimlər olan cərgəni göstərin.

A. oğlan, tələbə, ölkə, kənd

B. inqilab, komitə, üsyan, sülh

C. düşüncə, gözəllik, yaxşılıq, külək

D. Leyli, Gəncə, Nərimanov, Fərhad

E. müharibə, yağış, duman, düşüncə

139. Verilmiş sözlər ismin hansı kateqoriyasına aiddir?

Yaxşıyam, beşdirlər, onlardır, tələbədir.

A. hal kateqoriyası

B. mənsubiyyət kateqoriyası

C. kəmiyyət kateqoriyası

D. şəxs kateqoriyası

E. xəbərlik kateqoriyası

 140. Hər, bütün, eyni, bəzi - sözləri əvəzliyin hansı növünə aiddir?

A. şəxs əvəzliyi

B. işarə əvəzliyi

C. təyin əvəzliyi

D. sual əvəzliyi

E. qeyri-müəyyən əvəzliklər

 141. Getdi, yazır, verdi, götürdü - sözləri felin hansı kateqoriyasındadır?

A. şəxs kateqoriyası

B. tərz kateqoriyası

C. kəmiyyət kateqoriyası

D. inkarlıq kateqoriyası

E. təsirlik kateqoriyası

 142. «Şeyx Sənan» əsərinin müəllifi kimdir?

A. Hüseyn Cavid

B. Hüseyn Arif

C. Bəxtiyar Vahabzadə

D. Əhməd Cavad

E. Xəlil Rza-Ulutürk

 143. Azərbaycanda ilk aviadəstələr nə vaxt yaradılmışdır?

A. 1920-ci ildə

B. 1918-ci ildə

C. 1925-ci ildə

D. 1930-cu ildə

E. 1921-ci ildə

144. Milli Aviasiya Akademiyası kimin adına olmuşdur?

A. Xanlar Səttarov.

B. Kazım Abbasov.

C. Zakir Yusifov.

D. Yavər Əliyev.

E. Ərəstun Mahmudov.

145. İKAO nə deməkdir?

A. Beynəlxalq Mülki Aviasiya Təşkilatı.

B. Mülki Aviasiya Orqanı.

C. Beynəlxalq Aviasiya Təşkilatı.

D. Aviasiya İşçiləri Təşkilatı.

E. Beynəlxalq Hərbi Aviasiya Təşkilatı.

146. İKAO ilə BMT arasında razılaşma nə vaxtdan qüvvədədir?

A. Aprel, 1950.

B. May, 1948.

C. Sentyabr, 1940.

D. Noyabr, 1960.

E. İyun, 1975.

147. İndiki Ermənistan ərazisində olan tarixi torpaqlarından azərbaycanlıların zorla çıxarılması hansı illəri əhatə edir?

A. 1910-1988

B. 1930-1970

C. 1820-1988

D. 1945-1988

E. 1953-1990

148. Yer səthindən 55 km-dən 80 km hündürlüyədək olan hava qatı necə adlanır?

A. troposfer

B. stratosfer

C. mezosfer

D. termosfer

E. ekzosfer

149. Verilmiş sözlər zərfliyin hansı məna növünə aiddir?

Günorta, bir azdan, çoxdan, keçən il.

A. tərzi-hərəkət zərfliyi

B. yer zərfliyi

C. zaman zərfliyi

D. məqsəd zərfliyi

E. səbəb zərfliyi

150. Verilmiş cümlədə nöqtələrin yerinə müvafiq qoşmanı qoyun. Qaranlıq düşənə … onlar başqa, kimi başlarını qaldırmadan işləyirlər.

A. kaş

B. qədər

C. başqa

D. kimi

E. tək

151. Çox gec idi və biz ... qalsın, lakin o ... olmadı.

A. aldıq ki, bilən

B. bildirdik, narahat

C. gördük, imkan

D. bildik, görməli

E. təklif etdik, razı

152. Z.Tağıyevin evində yerləşən muzey necə adlanır?

A. Azərbaycan ədəbiyyat muzeyi

B. Azərbaycan incəsənət muzeyi

C. Azərbaycan tarix muzeyi

D. Azərbaycan rəssamlıq muzeyi

E. Azərbaycan heykəltaraşlıq muzeyi

153. Məruzəçi çox sadə, lakin çox ... danışırdı.

A. mülayim

B. sakitcə

C. astadan

D. indicə

E. könüllü

154. Mən kitabı çox ..., lakin ... bilmədim.

A. bildim, oxuya

B. gəzdim, görə

C. dedim, eşidə

D. axtardım, tapa

E. tapa, axtardım

155. Azərbaycanın qəhrəman təyyarəçi qızı Sona Nuriyeva 15 yaşında ikən uçuş məktəbinə ...

A. daxil olmuşdur

B. çıxış etmişdir

C. qurtarmışdır

D. oxumuşdur

E. çalışmışdır

156. Mən bu filmə baxanda ... yadıma düşür.

A. dostlarım

B. dostlarımla

C. dostlu

D. dost ilə

E. dostdan

157. ... "Sərbəst işi"i yazmaqdan əvvəl çoxlu aidiyyətli materiallar oxuyuram.

A. Siz

B. Onlar

C. Kamil

D. Mən

E. Dünən

158. O, söz vermişdi ki, ... gəlsin, ancaq ... gəldi.

A. başqa gün, işsiz

B. bu gün, dünən

C. iki gündən sonra, sabah

D. sabah, üç gün əvvəl

E. dünən, bu gün

159. Mən o adamı ... və onu sizinlə tanış edə ...

A. oxudum, gördüm

B. tanıyıram, bilərəm

C. oxudum, idim

D. bilirəm, gedirəm

E. görürəm, tanıyım

160. Bizim mülki aviasiyamız iqtisadi blokada zamanı belə ... beynəlxalq uçuşlar etmişdir.

A. yalnız

B. tamamilə

C. əzimlə

D. bizimlə

E. indi

161. Təyyarəçilərdən kim 1992-ci ildə - Qarabağ müharibəsində - Mİ-2, Mİ-8 və Mİ-24 helikopterlərində ən çətin tapşırıqları yerinə yetirmişdir?

A. Ərəstun Mahmudov

B. Yavər Əliyev

C. Zakir Yusifov

D. Səfa Axundov

E. Xanlar Səttarov

162. Novruzun II çərşənbəsi necə adlanır?

A. od

B. su

C. külək

D. torpaq

E. yağış

163. "Yolumuz hayanadır" əsərinin müəllifi kimdir?

A. Mir Cəlal

B. Mirzə İbrahimov

C. Mehdi Hüseyn

D. Hüseyn Abbaszadə

E. Fərman Kərimzadə

164. Mənaca eyni, yazılışca müxtəlif olan sözlər necə adlanır?

  1.  mürəkkəb sözlər
  2.  alınma sözlər
  3.  omonim sözlər

D. sinonim sözlər

E. sadə sözlər

165. Həsən bəy inanırdı ki, Kamil ... kənarında onu gözləyir.

A. tövlənin

B. otağın

C. dağın

D. pəncərənin

E. kəndin

166. Azərbaycan dili hansı dil qrupuna daxildir?

A. Slavyan dilləri

B. Hind-Avropa dilləri

C.  İspan dilləri

D. Ərəd dilləri

E. Türk dilləri

167. Azərbaycan dili türk dillərinin hansı yarımqruna daxildir?

A. Qıpçaq dili

B. Oğuz dili

C. Cığatay dili

D. Qarluq dili

E. Uyğur dili

168. Oğuz dili qrupuna daxil olan dillər sırasını göstər!

A. Özdək, türkmən, uyğur, qazax

B. Azərbaycan, türk, türkmən, qaqauz

C. Qazax, qırğız,türk, başqırd

D. Qaqauz,türkmən, uyğur, tatar

E. Tatar, başqırd, Azərdaycan, türk

169. Bu şairlərdən hansı hürufi şairidir?

A. Xətai

B. Füzuli

C. Həbibi

D. Nəsimi

E. Kişvəri

170. “Əxlaqi-Nasiri” əsərinin müəllifi kimdir?

A. Qazi Bürhanəddin

B. Həsənoğlu

C. Xətai

D. Kişəvəri

E. Nəsrəddin Tusi

171.  "Azərbaycan dili çox  mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir." sozləri kimə aiddir?

A. Heydər Əliyev

B. Azad Mirzəcanzadə

C. Turqut Özal

D. Məhəmməd Füzuli

E. Əbduləzel Dəmirçizadə

172. Əvəzlik isim və sifətdən  fərqi  nədir?

A. əşyaları, onların konkret məna və əlamətlərini göstərə bilmir, lakin onlara işarə edir

B. feli əvəz edə bilmir

C. rabitəli nitqdə konkret məna bildirmir

D. yalnız zərfi əvəz edir

E. heç bir əşyaya işarə etmir

173. "Hər  bir  Azərbaycan  vətəndaşı,  hər  bir  Azərbaycanlı öz ana dilini -   Azərbaycan dilini,  dövlət dilini mükəmməl bilməlidir" sözləri kim demişdir?

A. Hüseyn Cavid

B. M.Ə.Sabir

C. Abbas Səhhət

D. Firuddin Köçərli

E. Heydər Əliyev

174. "Biz dünyanı dilimiz vasitəsilə öyrəndik,  dilimiz vasitəsilə  tərbiyə tapdıq" sözləri kimə aiddir?

  1.  A.Bakıxanov
  2.  A.Bakıxanov

C. Abbas Səhhət

D. F.Köçərli

E. M.F.Axundov

175. Bu üslubun əsas xüsusiyyəti məntiqilik, dəqiqlik, ardıcıllıq və konkretlikdir. Bu üslubda həm də mürəkkəb cümlələrdən, modal sözlərdən, müxtəlif sxemlər  qrafikalar və şərti işarələrdən geniş istifadə olunur.

A. Rəsmi

B. Fərdi

C. Bədii

D. Elmi

E. Məişət

176. Bu üslub mətbuatın (qəzet və jurnalların, radio və televiziyanın) dilidir.

A. Fərdi

B. Bədii

C. Elmi

D. Məişət

E. Publisistik

177. "Qrammatikasız  oratoriya  kütdür,  poeziya  pəltəkdir,  fəlsəfə əssasızdır,  tarix xoşagəlməzdir,  hüquqşunaslıq şübhəlidir"  sözlərinin  müəllifi  kimdir?

A. Mendeleyev

B. M.Lomonosov

C. Bualo

D. Komenski

E. Siseron

178. Verilmiş   "qəzməmək ,  "öyrənməmək",  "oxumamaq",  "tapmamaq"  sözləri  felin  hansı  kateqoriyasına  aiddir?

A. kəmiyyət kateqoriyasına

B. növ kateqoriyasına

C. inkarlıq  kateqoriyasına

D. tərz kateqoriyasına

E. təsirlik kateqoriyasına

179. "Sın", "sin", "sun", "sün"  şəkilçiləri  felin  hansı  formasına  aiddir?

A. arzu

B. əmr

C. xəbər

D. vacib

E. lazım

180. Verilmiş  şeir  parçası kimə aiddir və şeirin  adi nədir?

"Bu dil tanıtmış bizə

Bu dünyada hər şeyi

Onu  gözlərimiz tək qoruyub nəsillərə,

Biz də hədiyyə edək."

  1.  Abbas Səhhət "Vətən"

B. Nəriman Həsənzadə " Azərbaycan dili"

C. B.Vahabzadə "Ana dili"

D. Nəbi Xəzri "Ana dilim"

E. Süleyman Rüstəm "Vətən"

181. Köməkçi  nitq  hissəsi  nəyə  deyilir?

A. leksik mənası olan söz qruplarına deyilir

B. leksik mənası olmayan, ayrılıqda cümlə üzvü kimi işlənmir, şəkilçi qəbul etməyən söz qruplarına deyilir

C. şəkilçi qəbul edən söz qrupudur

D. ayrılıqda cümlə üzvü olan söz qrupudur

E. hallana bilən nitq hissəsidir

182. Ədat nəyə  deyilir?

A. ədat  sözləri  bir-birinə  asılı  edən  nitq  hissəsidir

B. cümlələri  bir-birinə  bağlayan  nitq  hissəsidir

C. sözlərin və cümlələrin təsir gücünü güvvətləndirən köməkçi nitq hissəsidir

D. sözlərin  təsir  gücünü  zəiflədən  nitq  hissəsidir

E. cümlələrin  təsir  gücünü  zəiflədən  nitq  hissəsidir

183. Prezident  İlham  Əliyevin  2006-cı  il 15 sentyabrda  verdiyi  sərəncama  görə hansı  gün "Milli aviasiya günü" adlandırılmışdır?

A. 2 iyun

B. 5 dekabr

C.  20 sentyabr

D. 15 oktyabr

E. 30 iyul

 

184.  "Birdən,  ucadan,  hərdən,  ani"  sözləri   zərfin  quruluşca  hansı  növünə  aiddir?

  1.  sadə  zərflər

B. mürəkkəb  zərflər

C. düzəltmə zərflər

D. hərəkət  bildirən  zərflər

E. əlamət bildirən  zərflər

185. Verilmiş  sözlər  felin hansı  kateqoriyasına  aiddir?

gəzməmək,  tapmamaq,  görmür, yazmır,  danışmamışdır

  1.  şəxs

B. kəmiyyət

C. tərz

D. təsirlik

E. inkarlıq

186. Verilmiş  sözlər  mənaca  felin  hansı  növünə  aiddir?

vuruşmaq,  görüşmək,  qaçışmaq,  dartışmaq,  çəkişmək

  1.  qarşılıq

B. qayıdış

C. icbar

D. məchul

E. məlum

187. “İblis  əsərinin  müəllifi kimdr?

A. Mirze  Fətəli  Axundov

B. Hüseyn Cavid

C. Süleyman   Rəhimov

D. Məhəmməd Hadi

E. Nəcəf bəy Vəzirov

188. “A. S. Puşkinin  ölümü haqqında  şərq  poeması” poetik  əsərin  müəllifi kimdir?

A. Mirzi Fətəli Axundov

B. Əbdülrəhim  bəy  Haqverdyev

C. Süleyman  Sani Axundov

D. Nəriman  Nərimanov

E. Abbasqulu  ağa  Bakıxanov

189. İsmayıl bəy Qutqaşınlı “Rəşid bəy və Səadət  xanım” hekayəsini hansı dildə yazmışdır?

A. İngilis dilində

B. Fransız dilində

C. Azərbaycan dilində

D. Rus dilində

E. Polyak dilində

190. İlk milli mətbuatımız olan “Əkinçi” qəzetinin  müəllifi kimdir və qəzet neçənci ildə nəşr olunmudur?

  1.  Əsgər ağa Gorani, 1874

B. M.F.Axundov, 1871

C. S.Ə.Şirvani, 1872

D. N.Vəzirov, 1873

E. Həsən bəy Zərdabi, 1875

191. Dramaturgiyamızın banisi M. F. Axunzadənin neçə komediyası vardır?

  1.  6

B. 5

C. 7

D. 4

E. 8

192. "İblis nədir? - Cümlə xəyanətlərə bais insan. Ya hər kəsə xain olan insan nədir? – İblis!" misraları hansı şairindir?

  1.  Ə.Cavad

B. S.Mənsur

C. M.Müşfiq

D. H.Cavid

E. A.İldırım

193. "Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,   

Hər ikisi bir vüsalın həsrətində çırpınar.

Biri doğma Bakıdadır, biri ana Təbrizdə,   

Biri gülür, o birisə batıb qana Təbrizdə."   şeir parçası kimə məxsusdur və şeir necə adlanır?

  1.  Ə.Cabadın “Göy göl”şeiri

B. S.Vurğunun “Azərbaycan”şeiri

C. Şəhriyarın "Heydər babaya salam"şeiri

D. R.Rzanın “Mən torpağam”şeiri

E. S.Rüstəm “Təbrizim”şeiri

194. Yavaş, cəld, birdən, dərhal, asta sözləri zərfin hansı məna növünə aiddir?

A. yer

B. kəmiyyət

C. tərzi-hərəkət

D. zaman

E. təsirlik

195. Mürəkkəb zərflər olan cərgəni göstərin.

A. zildən, qismən, tamam

B. birdən, ucadan, hərdən

C. qaçaraq, çaparaq, gülərək

D. sonra, yuxarı, irəli

E. üzbəüz, dalbadal, az-çox

196. Verilmiş cümlədə vasitəsiz tamamlığı göstərin.

"İbrahim məsələni bilib içəri daxil oldu"

  1.  içəri

B. bilib

C. məsələni

D. daxil

E. oldu

197. Qabaq, qədər, dək, kimi, bəri qoşmaları mənaca qoşmanın hansı növünü bildirirlər?

A. məkan bildirirlər

B. müqayisə bildirirlər

C. səbəb və məqsəd bildirirlər

D. zaman bildirirlər

E. birgəlik, vasitə bildirirlər

198. Düzəltmə fellər olan cərgəni göstərin.

A. gəl, get, gör

B. ucal, dincəl, alovlan

C. yazanda, gələndə, görəndə

D. dayanar, bilər, görər

E. dayanınca, bilincə, görüncə

199. Təsirli fellər olan cərgəni göstərin.

A. yazmaq, bilmək, göndərmək

B. getmək, qaçmaq, oturmaq

C. gəlmək, yatmaq, durmaq

D. ağlamaq, enmək, qalxmaq

E. enmək, gülmək, ağlamaq

200. "Ot kökü üstə bitər" hansı frazeoloji ifadədir?

A. ideomatik ifadələr

B. məsəllər

C. hikmətli sözlər

D. tapmacalar

E. atalar sözü




1. Конституция человека
2. Инкотермс90 термины распределены на четыре принципиально различные группы
3. Челябинский институт экономики и права им
4. Комплексная информационная автоматизированная система Кафедра
5. Утверждаю Утверждаю Утверждаю ВицеПрезидент Федерации Глава ад
6. ЗВІТ З ВІИКНАННЯ ЛАБОРАТОРНИХ РОБІТ з дисципліни- Проектування електричних мереж Викона
7. здравого смысла
8. На тему- Корпоративная культура на предприятии
9. Сколько нефти в мире
10. ПОЯСНИТЕЛЬНАЯ ЗАПИСКА РИТОРИКА 4 класс Нестерова Н
11. Бухгалтерский учет и аудит
12. Хронический ларингит
13. Введение Ссылки Ознакомьтесь со шпаргалкой UnrelScript и книгой Mstering UnrelScript.html
14. темах необходимость повышения эффективности их функционирования привели к созданию принципиально нового к
15. Об Александре Дюма
16. Алмаз С размером уставного капитала- 572 000 000 рублей Группа компаний Алмаз существует с 1994 года и являет
17. тематизации принципов государственного управления
18. Реферат- Тектоніка та корисні копалини Сумської області
19. Технологии заготовки, сборки и сварки гнезда для отливки шпал на Могилевском автозаводе
20. Системы автоматизированного проектирования ТУЛА 2006 С